Vətəninfo.az xəbər verir ki, İsrailin İrana qarşı növbəti strateji hücumlara hazırlaşdığına dair xəbər fonunda İran prezidenti Məsud Pezeşkian ölkənin təhlükəsizlik sistemində ciddi boşluqların mövcudluğunu etiraf edib. İki gün öncə Nazirlər Kabinetinin iclasında çıxış edən Pezeşkian bildirib: “Bizim təhlükəsizlik problemlərimiz olduğu ortaya çıxdı”.
İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən əyalət valilərinə göndərilmiş və “çox məxfi” sayılan bir sənəddə İsrailin mümkün hava hücumlarına dair konkret xəbərdarlıqlar yer alıb.
Hollandiyada yaşayan iranlı jurnalist Siyamək Tadayon Təhmasebi “çox məxfi” sənədin surətini yayımlayıb. Məktubda ABŞ bazalarının pilotsuz təyyarə fəallığının artdığı və İsrailin hərbi komandirlər və strateji obyektləri hədəf alan “ikinci siyahı” hazırladığı bildirilir. Şura bütün hərbi qurumları, ictimai təşviş yaratmadan, hazırlıq səviyyəsini artırmağa çağırıb. (Kayhan London)