image-reklam-veteninfo
image-1backend

İsrailli nazirdən qalmaqallı açıqlama: Ya biz, ya da onlar…

image-reklam-veteninfo

İsrailin İnovasiya, Elm və Texnologiya naziri Gila Gamlielin sosial şəbəkədə etdiyi paylaşım beynəlxalq miqyasda ciddi qalmaqala səbəb olub. Vətəninfo.az İsrail mediasına istinadən xəbər verir ki, nazir, fələstinlilərin Qəzza zolağından zorla çıxarıldığını göstərən süni intellektlə hazırlanmış videonu “Ya biz, ya onlar  şərhi ilə yayımlayıb.

Videoda İsrail hücumları nəticəsində xarabalığa çevrilmiş Qəzzanın yenidən inşa olunduğu, modern binalar və göydələnlərlə dolu şəhər görüntüləri yer alır. Görüntülərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın adını daşıyan bir iş mərkəzi, sahil boyunca inşa olunmuş bar və kafelər təsvir olunub.

Gamliel paylaşımında qeyd edib ki, 13 oktyabr 2023-cü ildə – hücumların başlanmasından bir həftə sonra – İsrail Nazirlər Kabinetinə Qəzzadakı filistinlilərin başqa ölkələrə sürgün olunması ilə bağlı təklif təqdim edib. O, bu prosesin yalnız Tramp və Netanyahu ilə mümkün olduğunu bildirib və buna “fələstinlilərin könüllü köçü” adını verib.

Gamlielin paylaşımından öncə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da fevral ayında bənzər bir video yayımlamışdı. Videoda Tramp, Netanyahu və Elon Mask Qəzzanın sahilində əylənərkən təsvir olunur. Maskın restoranda yemək yediyi, Tramp və Netanyahunun çimərlikdə günəşləndiyi, onların həyat yoldaşlarının isə sahildə gəzintiyə çıxdığı göstərilmişdi.

İsrailin Müdafiə naziri Yisrael Katz isə daha irəli gedərək, Baş Qərargah rəisi Eyəl Zamirə Refah bölgəsində “insani yardım şəhəri” qurulması planının hazırlanmasını tapşırıb. Bu planın ilkin mərhələsində 600 min, son mərhələdə isə bütün Qəzza əhalisinin bölgəyə sürgün edilməsi nəzərdə tutulur.

Katz bəyan edib ki, bu bölgəyə girən fələstinlilər bir daha Qəzzanın digər hissələrinə qayıda bilməyəcək və bu, onların başqa ölkələrə “könüllü” köçünü həyata keçirmək üçün vacib addımdır.

Lakin beynəlxalq hüquq müdafiə təşkilatları bu planı kəskin tənqid edib. Onlar bildirib ki, İsrailin bu əməlləri “insani yardım şəhəri” deyil, əslində müasir “toplama düşərgəsi” anlayışına uyğundur.

Hadisə beynəlxalq ictimaiyyət tərəfindən “etnik təmizləmə planı” kimi qiymətləndirilir və İsrail hökumətinə qarşı insan hüquqları sahəsində ciddi təzyiqlərin artacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki