image-000backend

ISW: Rusiya Ermənistanda təsirini itirir

image-reklam_sirab_01

Rusiyanın “sülhməramlı qüvvələri”nin elementlərini Qarabağdan Ukraynaya yerləşdirməsi Rusiyanın Ermənistana təsirini sarsıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu ISW öz hesabatında yazır.

“Ermənistanın baş naziri Nikol Paşinyan  bildirib ki, Rusiya Federasiyası Qarabağda Moskvanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına əməl edə bilməyəcəksə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir.

2022-ci ilin iyun ayına kimi Ukraynaya göndərilən briqadanın 1800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Moskva Ukraynada döyüşmək üçün Qırğızıstan, işğal olunmuş Gürcüstan (Abxaziya və Cənubi Osetiya) və Tacikistandakı Rusiya bazalarından daimi yerləşdirilmiş rus qoşunlarının elementlərini yenidən yerləşdirdiyi üçün Rusiyanın digər postsovet ölkələrində hərbi təsirini itirməsi ehtimalı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki