image-6248177978b3a6248177978b3b16488917696248177978b386248177978b39backend

İtaliya-Azərbaycan Universitetinin təməli qoyulacaq

image-reklam_sirab_01

“İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair müəyyən müddətdir hazırlıq işləri aparılırdı”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliya tərəfindən 5 aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi. Bu gün yeni İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək: “Bu, yüksək ixtisaslı kadrların hazırlanması deməkdir. Daha geniş məfhumda isə insanların bir-biri ilə sıx əlaqəsinə təkan verən önəmli layihə kimi dəyərləndirilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki