image-reklam-veteninfo
image-1backend

Kallas: “Gürcüstan hazırkı şərtlərlə Aİ-yə üzv ola bilməz”

image-reklam-veteninfo

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, mövcud vəziyyətdə Gürcüstanın Aİ-yə üzvlüyü məsələsi müzakirə mövzusu ola bilməz.

Vətəninfo.az xəbər verir ki,  mətbuat konfransında çıxış edən Kallas bildirib ki, Gürcüstan hakimiyyətinin azad mətbuat, vətəndaş cəmiyyəti və dinc nümayişçilərə qarşı həyata keçirdiyi tədbirlər Avropa İttifaqının fundamental dəyərlərinə ziddir.

“Gürcüstan hökumətinin son fəaliyyəti Aİ-nin prinsipləri ilə uyğunlaşmır. Buna görə də Gürcüstanın Aİ-yə üzvlük müraciətinə müsbət yanaşmaq mümkün deyil”, – deyə o vurğulayıb.

Kallas əlavə edib ki, Aİ Xarici İşlər Nazirləri Şurasının bu gün Lüksemburqda keçiriləcək və regional təhlükəsizliyə həsr olunmuş iclasında Gürcüstan təmsil olunmayacaq.

Onun sözlərinə görə, Gürcüstan nümayəndələri nazirlər səviyyəsində keçirilən bu tədbirə rəsmi şəkildə dəvət edilməyib.

Tədbirdə Aİ-nin yüksək səviyyəli rəsmiləri – komissarlar Marta Kroes və Yozef Sikkela da iştirak edəcəklər. İclas iki hissədən ibarət olacaq:

Birinci sessiya: Qara dəniz regionunda təhlükəsizlik və sabitlik məsələlərinə həsr olunacaq;

İkinci sessiya: Regional əlaqələr və əməkdaşlıq imkanları müzakirə ediləcək.

Toplantıda Aİ üzv dövlətlərinin xarici işlər nazirləri ilə yanaşı, Şərq Tərəfdaşlığı ölkələri, Qara dəniz regionu və Mərkəzi Asiya ölkələrinin də nümayəndələrinin iştirakı nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki