image-reklam-veteninfo
image-1backend

Kasım-Jomart Tokayev Astanada Nikol Paşinyanla görüşüb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Astanada Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

Tərəflər mətbuat üçün açıqlama ilə çıxış ediblər.

Kasım-Jomart Tokayev:

“Hörmətli Nikol Vovayeviç, Qazaxıstana xoş gəlmisiniz! Səfəriniz xüsusi əhəmiyyət kəsb edir. Əminik ki, bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına əhəmiyyətli təkan verəcək. Bu, Qazaxıstana ilk səfərinizdir. Qazaxıstan xalqı Ermənistan xalqına, onların tarixinə, adət-ənənələrinə və mədəniyyətinə böyük hörmətlə yanaşır. Səfər zamanı bir sıra mühüm müqavilələr imzalanacaq”.

Nikol Paşinyan:

“Hörmətli Qazaxıstan Respublikasının Prezidenti, Qazaxıstana rəsmi səfərə dəvətinizə və Astanada səmimi qarşılanmanıza görə sizə təşəkkür etmək istəyirəm. Bu səfər ikitərəfli münasibətlərimizə yeni təkan verəcək. İnanıram ki, münasibətlərimizdə bu yeni dövr ötən il Ermənistan Respublikasına rəsmi səfəriniz ilə başladı. Bundan sonra bir sıra mühüm müqavilələr imzalandı, onlardan bəziləri artıq həyata keçirilib, digərləri isə həyata keçirilməkdədir. Qazaxıstana rəsmi səfərdə olmaq mənim üçün böyük şərəfdir!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki