image-reklam-veteninfo
image-sarkisbackend

Keçirilən mitinqdə Serjik Sarkisyan istədiyinə nail ola bilmədi-ERMƏNİ EKSPERTLƏR

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ötən gün  İrəvanda  sabiq prezident,Xocalı qatillərindən olan Robert Köçəryanın lideri olduğu siyasi qüvvələrin təşkil etdiyi mitinqdə,Köçəryan görünməsə də, Azərbaycanla sülh sazişinin əleyhinə təşkil edilən mitinqdə,digər Xocalı qatillərindən Serjik Sarkisyan “Ermənistan”blokunun lideri kimi mitinqçilərin içərisində olub.

Erməni mediası yazır ki, Serjik hazırkı baş nazir Nikol Paşinyana uduzduğundan davamlı olaraq reputasiyasını itirməkdədir.Onun üçün bu tip aksiyalar yenidən gündəmə qayıtmaq üçün əlverişli bir çansa çevrilib.

Digər bir tərəfdən mitinqin təşkilatçısı olan Robert Köçəryanın mitinqdə olmaması onun üçün daha da əlverişli bir siyasi dividentə çevrilib.

Erməni siyasi təhlilçilər isə hesab edirlər ki, Serjik Sarkisyan erməni xalqı qarşısında elə də güclü bir siyasətçi olaraq artıq qəbul edilmir.Onun keçirilən istənilən bir mitinq və piketdə öncərgədə yeralması elə də əhəmiyyət kəsb etmir.

Erməni siyasi təhlilçilər hesab edirlər ki, Sarkisyan Köçəryanın mitinqə olmamasından istifadə edərək mitinqə qatılıb.Əgər Köçəryan mitinqə qatılmış olsaydı,Serjik mitinqdə iştirak etməyəcəkdi.

Çün ki,Köçəryan ona xəyanət etmiş bir Serjiklə yan-yana durmaq istəməyəcəkdi.

Eyni zamanda Ermənistanın siyasi təhlil mərkəzlərinin keçirdiyi sorğularda əsas önə çıxan budur ki,ermənilər Serjik Sarkisyanı və digər siyasiləri yerlərini gənclərə verməsin istəyirlər.Yəni onlara inam elə də yüksək deyil.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki