Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Mark Gerşt deyib ki, İran sanksiyalar və müharibə nəticəsində zəifləsə də, heç bir daxili hərəkatın onu devirməsinə imkan verməyəcək və belə cəhdləri “ölümcül şəkildə” yatıracaq.
Vətəninfo.az xəbər verir ki, o, İranı illərlə həm kəşfiyyatçı, həm də tədqiqatçı kimi izlədiyini, hətta 1990-cı illərdə MKİ-nin əmrinə zidd olaraq gizli şəkildə ölkəyə daxil olduğunu deyib. Onun sözlərinə görə, İslam Respublikası heç zaman qaçmağa hazırlaşmır və “son ana qədər vuruşacaq”.
12 günlük müharibənin ali rəhbər Əli Xameneiyə zərbə vurduğunu bildirən Gerşt, yaşlı liderin artıq ölkəni real şəkildə idarə etmədiyini açıqlayıb.
O, habelə, İsrailin gözlənilməz hava hücumlarının İranın kəşfiyyat sistemində dərin boşluqları üzə çıxardığını və yüksək rütbəli komandirlərin öldürülməsi üçün böyük qüvvə tələb etmədiyini vurğulayıb.


























