image-reklam-veteninfo
image-image_750x_69269999f2dabbackend

Keçmiş prezident 27 il həbs cəzasına MƏHKUM EDİLDİ

image-reklam-veteninfo

Braziliyada dövlət çevrilişinə cəhd ittihamı ilə 27 ildən çox həbs cəzasına məhkum edilən keçmiş prezident Jair Bolsonaro Braziliya Federal Polisinin təcridxanasında cəzasını çəkməyə başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Braziliya Ali Federal Məhkəməsinin (STF) hakimi Aleksandr de Morais məlumat verib. Məlumata görə, məhkəmə əlavə şikayətlərin qəbul edilməyəcəyinə dair qərar da çıxarıb. Bolsonaro noyabrın 22-də ayağındakı elektron nəzarət qolbağına müdaxilə etməyə cəhd etdikdən sonra rəsmi olaraq həbs edilib və bir neçə gündür polis nəzarətində saxlanılır.

Sentyabrın 11-də sabiq prezident hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silvanın 2023-cü ildə vəzifəyə başlamasına mane olmaq məqsədilə sui-qəsd təşkilində təqsirli bilinib. İttihama görə, Bolsonaro və onun ətrafındakı bir neçə hərbçi Lula da Silvanın andiçmə mərasimini pozmaq və 2022-ci ilin 22 dekabrında dövlət çevrilişi planlaşdırmaq niyyətində olublar. Müzakirə olunan planlardan biri “Punhal Verde e Amarelo” (Sarı-Yaşıl Xəncər) adlı əməliyyat olub və bu plana Lula da Silva ilə vitse-prezident Geraldo Alkmine qarşı sui-qəsd də daxil edilib.

Rəsmi məlumatlara görə, andiçmə mərasimindən əvvəl dövlət çevrilişinə cəhd baş tutmasa da, 2023-cü ilin yanvarında Lula hakimiyyətə gəldikdən sonra Bolsonaronun tərəfdarları paytaxtda iğtişaşlar törədərək hökumət binalarını ələ keçirməyə cəhd ediblər. Təxminən 5000 nəfərin iştirak etdiyi iğtişaşlar zamanı 1400-dən çox şəxs həbs olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki