Kəlbəcərdə hərbi qulluqçumuz minaya düşüb.
Veteninfo.az xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.
Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi cinayət işi başlanıb.