image-reklam-veteninfo
image-1backend

Kreml Amerikadan “sülh planı” ilə bağlı siqnal gözləyir- Peskov

image-reklam-veteninfo

Rusiya və Ukrayna arasındakı müharibəni həll etmək məqsədilə Amerika tərəfindən təqdim ediləcək “sülh planı” ilə bağlı Rusiya-Amerika danışıqları bu həftə keçirilməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov, həmçinin Rusiya prezidenti Vladimir Putinin, Moskvanın bu cür təmas və danışıqlara açıq olduğunu vurğulayan bəyanatını xatırladıb. Lakin Peskov bildirib ki, hələlik danışıqlarla bağlı konkret bir şey yoxdur.

“Biz hələ ki, Vaşinqtondan rəsmi məlumat almayıb, xüsusilə də Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələri barədə”, — deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, Rusiya, Amerika tərəfindən təklif edilən “sülh planı”nın mümkün dəyişikliklərini qiymətləndirməzdən əvvəl, İsveçrədə Vaşinqton və Kiyev arasında aparılan məsləhətləşmələrin nəticələrini gözləyəcək.

Peskov, son olaraq bildirib ki, Kreml Moskva tərəfindən Amerika tərəfinə göndərilən mətndə müəyyən dəyişikliklər edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki