image-reklam-veteninfo
image-1backend

 Kuşner: Rusiya və Ukrayna arasında minlərlə hərbi əsirin azad olunacağı mübadilə hazırlanır

image-reklam-veteninfo

ABŞ Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ən böyük hərbi əsir mübadiləsinin təşkili üzərində işləyir. Planın həyata keçirilməsi minlərlə insanın ailələrinə qayıtmasına imkan verə bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner məlumat verib.

Kuşner sosial şəbəkə hesabında yazıb ki, Vaşinqton müharibə ərzində ən böyük əsir mübadiləsini təşkil etmək üçün səylərini davam etdirir. O, hazırlanan razılaşmanın təfərrüatlarını açıqlamasa da, mübadilənin minlərlə insanı əhatə edə biləcəyini bildirib.

ABŞ nümayəndəsinin sözlərinə görə, Ukrayna və Rusiya arasında gələcək danışıqların formatının genişləndirilməsi, prosesə Avropa ölkələrinin də cəlb olunması nəzərdə tutulur. Bu, ərazi mübahisələri ilə yanaşı, müharibədən sonrakı Avropanın təhlükəsizlik məsələlərinin də müzakirəsinə imkan yaradacaq.

Kuşner Vaşinqtonun danışıqlarda əldə olunan irəliləyişdən məmnun olduğunu bildirib. Bununla belə, o, tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını vurğulayıb.

ABŞ nümayəndəsi qeyd edib ki, müharibəyə birdəfəlik son qoyulması üçün etibarlı təhlükəsizlik zəmanətləri və gələcəkdə yeni münaqişənin qarşısını almağa yönəlmiş qarşılıqlı öhdəliklər vacibdir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşdən sonra sülh danışıqları prosesinin davam etdirilməsinin vacibliyini vurğulamışdı.

ABŞ nümayəndələri noyabrın 12-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Daha sonra onlar Dublində Zelenski ilə də danışıqlar aparıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki