image-3backend

Laçın rayonunun işğaldan azad olunması

image-reklam_sirab_01

Azərbaycanın ən gözəl güşələrindən biri olan Laçın rayonunun işğaldan azad olunmasından artıq 3 il ötür.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Erməni işğalı bunlarla yekunlaşmamış, eyni zamanda yüzlərlə Laçın sakinini uşaq, qoca, böyük demədən qətlə yetirmiş, işgəncələr vermişdilər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda çox sayda bina, sənaye və tikinti müəssisəsi, məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. Laçın təbiəti, flora və faunası da erməni işğalı, barbarlığı nəticəsində məhv olmuşdur.

Laçın rayonu öz təbii sərvətlərilə xüsusi olaraq seçilirdi. Bu ərazidəTurşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, geniş meşəlikləri, dağlıq sahələri ilə zəngin rayonlarımızdandır.

Beynəlxalq təşkilatlar tərəfindən tanınan erməni işğalı, qəbul edilmiş qərarlara baxmayaraq, Ermənistan dövlətinə ciddi təzyiq göstərilməmiş, torpaqlarımız 30 ilə yaxın işğal altında qalmış,yüzlərlə sakin öz doğma torpaqlarını tərk etmiş və illərlə yurd, vətən həsrəti ilə yaşamışlar.

Ermənistan dövləti ilə 30 ilə yaxın aparılan danışıqlar, sülh yolu ilə torpaqlarımızın azad edilməsi üçün çalışmağımıza baxmayaraq nəticəsiz qalmış, hətta bəzi dövlətlər ikili siyasət yeridərək Ermənistanı dəstəkləmiş, onları silahlandırmışlar. Bütün bu səbəblər, ermənilər tərəfindən dinc sakinlərimizə qarşı edilən təxribatlar Azərbaycanı öz torpaqlarını müharibə yolu ilə azad etməyə məcbur qoymuşdur. Beləliklə, 2020-ci il sentyabrın 27 də  İkinci Qarabağ müharibəsi baş verdi. Bu müharibə Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti ilə başa çatdı.

Bu qələbə torpaqlarımız üçün öz canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hesabına əldə edilən qələbədir. Azərbaycanın güclü ordusu olduğunu, heç nədən qorxmadan ölümə gedən, vətənpərvər oğulları nəinki ermənistana, dünyaya gücümüzü göstərdi. Ordumuzun gücü, qüdrəti, qəhrəmanlarımızın cəsarətli döyüşü nəticəsində Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı və digər ərazilərimiz işğaldan azad edildi. Qələbənin nəticəsi olaraq, sonda imzalanan üçtərəfli bəyanatda Azərbaycanın işğalda olan 3 rayonu müharibəsiz ölkəmizə təhvil verilməlidir. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verilib. Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26- da ordumuzun nəzarəti altına keçdi. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğalın sona çatması ilə Azərbaycanın Qarabağ bölgəsində artıq yeni dövr başladı. Yeni quruculuq dövrü azad edilmiş hər bir rayonu əhatə edir. Laçın və digər rayonlarımızda əhalinin öz doğma torpaqlarına qaytarılması  ölkəmizin qarşısında duran əsas prioritet məsələrdən biridir. Buna görə də, ilk olaraq infrastruktur məsələlərin həll edilməsi öncəlik təşkil edirdi.

Laçında ilk quruculuq işlərinin həyata keçirilməsi üçün Prezident İlham Əliyev Sərəncamlar vermiş və büdcədən maliyyə ayırmışdı.

2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya xeyli sayda əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sərəncamına əsasən rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da qoyulub. Hava limanının tikintisinin 2024-cü ildə başa çatdırılacağı planlaşdırılır. Laçında yalnız quruculuq işləri deyil, eyni zamanda ora köçürüləcək əhalinin məşğuliyyəti, sosial rifahının təmin edilməsi üçün də mühüm tədbirlər görülür. Hazırda sənaye, kənd təsərüfatı, müxtəlif fəaliyyət sahələrinin yaradılması və sakinlərin işlə təmin edilməsi üçün işlər görülür. Laçın rayonunda həyata keçirilmiş quruculuq işləri ilə bağlı Prezident Laçına səfərlər etmiş, müxtəlif açılışlarda iştirak edib, işlərlə tanış olmuş və müəyyən  göstərişlər vermişdir.

“Böyük Qayıdış” planı əsasında 31 illik həsrətdən sonra 27 may 2023- cü ildə Laçın şəhərinə sakinlərin ilk köçü baş tutdu. Hazırda bu proses davam edir. Bü günədək Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin, Zabux kəndində isə 121 ailənin, yəni  475 nəfərin daimi məskunlaşması təmin edilib, bu ailələr yeni mənzillərlə təmin olunublar.

Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.                                                                                     Sərəncama əsasən, 26 avqust -Laçın şəhəri günü kimi təsis edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 26 avqust 2023-cü ildə Laçın rayonunda “Laçın Şəhəri Günü” bayram şənliklərinin keçirilməsində iştirak ediblər. Laçın şəhərinə köçmüş sakinlərlə ünsiyyətdə olmuş, onların fikirlərini, istəklərni dinləmiş, xatirə fotoları çəkdirmişdi.

Bu nailiyyətlər, uğurlar, öz hesabımıza əldə etdiyimiz qələbə Azərbaycanın gücünü dünyaya göstərdi.

Baxışova Gülər

Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image