Vətəninfo.az xəbər verir ki, bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında paylaşım edərək, Hizbullahın yüksək rütbəli komandirlərindən Heysəm Əli Təbatəbainin öldürülməsi ilə bağlı başsağlığı verib.
Laricani komandirin və onun yoldaşlarının “arzu etdikləri şəhadətə qovuşduqlarını” vurğulayıb, İsrailin siyasətinə toxunaraq əlavə edib:
“Netanyahu avantüralarını davam etdirir və dünya artıq anlayır ki, bu “saxta rejimlə” üzləşməkdən başqa yol qalmayıb”.


























