image-reklam-veteninfo
image-1backend

Lavrov: Trampın planı Alyaskada razılaşdırılıb

image-reklam-veteninfo

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına dair təklif etdiyi plan, bu ilin avqustunda keçirilən Rusiya-Amerika sammitində Alyaskada əldə olunan razılaşmalara əsaslanır.

Vətəninfo.az  xəbər verir ki, Lavrov qeyd edib: “Bizim qiymətləndirməmiz o mənada qüvvədə qalır ki, Trampın planının əsas müddəaları bu ilin avqustunda Alyaskada əldə edilmiş anlaşmalara əsaslanır. Və bu prinsiplər ümumilikdə planda öz əksini tapıb və bunu alqışlayırıq”.

Bu açıqlama, Rusiya tərəfinin ABŞ-ın təklif etdiyi sülh planına müsbət yanaşmasını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki