Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımlarını tamamilə qadağan edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Belarusun dövlət informasiya agentliyi Belta məlumat yayıb.
Prezidentin göstərişi ilə oktyabrın 6-dan etibarən Belarusda istənilən qiymət artımı qadağan olunub.
“Oktyabrın 6-dan etibarən bütün qiymət artımları qadağandır. Qadağandır. Bu gündən. Sabah yox, bu gündən. Ki, qiymətlər bir gecədə şişməsin”, – deyə Lukaşenko sərt şəkildə bəyan edib.
“Allah eləməsin, kimsə hesablamaları, yenidən hesablamaları geri yazsın”, – o əlavə edib.
Prezident bu qərarın səbəbi kimi ölkədəki kəskin qiymət artımlarını göstərib. Lukaşenko bildirib ki, baş nazirin son dövrlərdə dediyi “çılğın artımlar” fonunda əmtəə və xidmətlərin qiymətləri də sürətlə bahalaşıb:
“Bu gün qiymətlər artıq çox bahadır. Onlar tavan həddinə çatıb. Artıq qiymətləri qaldırmaq nə mümkündür, nə də buna ehtiyac var”, – deyə o vurğulayıb.
Bununla belə, Lukaşenko bəzi istisnaların mümkün olduğunu istisna etməyib. Onun sözlərinə görə, bu hallara yalnız nazirlər və qubernatorlar nəzarət edəcək.
Prezident həmçinin qiymət qadağasından sonra bəzi sahibkarların obyektlərini bağlamaq və ya bazardan çıxmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
“Abzats” nəşrinin məlumatına görə, ölkənin baş nazirinin müavini Nikolay Snopkov Lukaşenkoya etiraz etməyə çalışsa da, prezident bu cəhdin qarşısını alaraq rəsmiləri xalqın rifahını əsas götürməyə çağırıb:
“Xalq üçün ən yaxşısını edin… Sizin makro səviyyəniz insanlar üçün eynidir”, – Lukaşenkonun sitatı belə təqdim olunub.