Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) rəhbəri İvan Tertel, Prezident Aleksandr Lukaşenko ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında mümkün görüşlərin təşkilinə dair işlərin davam etdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Belarus 1 telekanalına verdiyi müsahibəsində Tertel bildirib ki, tərəflər görüşüb razılığa gəlmək mövqeyindədirlər: “Biz görüşmək və razılıq əldə etmək istəyirik. Ancaq bunun üçün Ukrayna tərəfinin də mövqeyi mühüm rol oynayır,” – deyə o vurğulayıb.
Bundan əvvəl Lukaşenko, Zelenski ilə şəxsi görüşə hazır olduğunu dəfələrlə qeyd etmişdi. Belarus prezidenti, bu görüşün yalnız “sadəcə danışmaq üçün” olacağını ifadə etmişdi.
Qeyd edək ki, Lukaşenko və Zelenski arasında bu cür təmasların təşkili, regional təhlükəsizlik və diplomatik münasibətlər baxımından önəmli bir məsələ kimi diqqət çəkir.