image-reklam-veteninfo
image-1backend

Lula da Silva Trampı  ittiham etdi

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Trampın Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaronun təqibini dayandırmaq çağırışları Cənubi Amerika respublikasının suverenliyinə hücumdur. Vətəninfo.az  xəbər verir ki , bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva xalqa müraciətində deyib .

“Braziliyanın məhkəmə sisteminə təsir etmək cəhdləri milli suverenliyə ciddi hücumdur”, – TASS onun sözlərini sitat gətirib.

Prezidentin sözlərinə görə, o, “ölkəyə edilən bu hücumun bir çox braziliyalı siyasətçinin himayəsini alması”ndan hiddətlənib.

“Onlar əsl vətən xainləridir”, – deyə dövlət başçısı vurğulayıb.

Bundan əvvəl Tramp Braziliya hakimiyyətini ölkənin hazırkı liderinin 2022-ci ildə hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədi daşıyan çevriliş cəhdinə görə təhqiq olunan Bolsonaroya qarşı hərəkətlərinə görə tənqid edib.ABŞ prezidenti Braziliyanın sabiq liderinə qarşı məhkəmə prosesini dayandırmağa çağırıb.

Lula da Silva həmçinin ABŞ administrasiyasının avqustun 1-dən Braziliya mallarına 50%-lik gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra respublika iqtisadiyyatını qorumaq üçün hər cür tədbir görməyə hazır olduğunu açıqlayıb.

“Tələb olunarsa, biz Ümumdünya Ticarət Təşkilatına müraciət etməkdən tutmuş İqtisadi Qarşılıqlılıq Aktının tətbiqinə qədər iqtisadiyyatımızı qorumaq üçün bütün qanuni tədbirləri görəcəyik”, – o qeyd edib.

“Tarif müharibələrində qalib yoxdur. Biz sülhsevər ölkəyik, düşmənlərimiz yoxdur. Biz ölkələr arasında çoxqütblülüyün və əməkdaşlığın tərəfdarıyıq. Amma heç kim unutmasın ki, Braziliyanın yeganə ağası onun xalqıdır”, – Lula da Silva yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki