Macarıstan ABŞ-ın Ukrayna ilə bağlı təklif etdiyi planı yaxşı təklif hesab edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanos Boka bildirib.
“Biz bu təklifi qətiyyətlə dəstəkləyirik; inanırıq ki, bu, danışıqlar masasında yeganə yaxşı variantdır”, – Boka The Washington Post-a müsahibəsində deyib.
Ağ Ev daha əvvəl ABŞ liderinin təsdiqlədiyi planla Ukrayna nizamlanması üzrə danışıqların davam etdiyini açıqlamışdı.


























