Macarıstan, Avropa İttifaqı (Aİ) daxilində Ukraynaya qarşı şübhə ilə yanaşan ölkələrlə ittifaq qurmaq niyyətindədir.Vətəninfo.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məqaləyə görə, Macarıstan, Çexiya və Slovakiya ilə qüvvələrini birləşdirərək Ukrayna ilə bağlı ortaq mövqe formalaşdırmağa çalışır.
Hələ rəsmi olaraq qurulmasa da, belə bir alyansın yaranma ehtimalı olduqca yüksəkdir. Politico-nun yazdığına görə, Macarıstanın baş naziri Viktor Orban və müttəfiqləri Aİ çərçivəsində Ukrayna ilə bağlı mövqelərini möhkəmlətmək və bu mövqeyi gücləndirmək istəyirlər.
Politico-nun yazısına əsasən, bu ittifaqın yaranması, Aİ rəhbərliyi üçün Ukraynaya maliyyə və hərbi dəstək verməyi çətinləşdirə bilər. Həmçinin, Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Çexiya və Slovakiya ilə mövqelərini dekabrda keçiriləcək Aİ sammitinə qədər dəqiqləşdirməsi gözlənilir.
Alyansın məqsədi, Aİ daxilində Ukrayna ilə bağlı daha sərt və ehtiyatlı yanaşma sərgiləməkdir ki, bu da Kiyevin Aİ üzvü ölkələrindən maliyyə və hərbi yardım almasını əngəlləyə bilər.


























