Fransada 62-dən 64-ə qaldırılan pensiya islahatına qarşı etirazlar davam edir. Nümayişçilər Bordo meriyasının giriş qapısını yandırarkən polis 457 nəfəri saxlayıb.
Hadisələrdən sonra açıqlama verən Fransa prezidenti Emmanuel Makron həmkarlar ittifaqları ilə görüşərək irəliləməyə hazır olduqlarını bildirib.
Pensiya islahatının ləğv edilməsi üçün sənədlərin Konstitusiya Şurasına göndərildiyini xatırladan Makron qərarın gəlməsini gözlədiyini bildirib.