Ağ Ev 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində Martin Lüter Kinqin qətli ilə bağlı 240 min səhifədən çox sənədin məxfiliyini ləğv edib.
Ceyms Erl Rey onun qətlində təqsirli bilinərək 99 il müddətinə azadlıqdan məhrum edilib. Rey əvvəlcə qətldə günahını etiraf etsə də, sonradan etiraf etməyə məcbur edildiyini iddia etdi. 1998-ci ildə ölümünə qədər günahsızlığını qorudu.
Sənədlər Milli Arxivlər və Qeydlər İdarəsinin saytında dərc edilib. Associated Press-in qeyd etdiyi kimi, sənədlər MKİ-nin Kinqi yaxından izlədiyini göstərir, lakin sənədlərdə onun qətlinə işıq salacaq məlumatların olub-olmadığı hələ aydın deyil.