Amerikalı iş adamı və milyarder İlon Maskın sərvəti ilk dəfə olaraq 500 milyard dolları ötüb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Metro” qəzeti məlumat yayıb. Məlumata görə, Maskın sərvəti 500 milyard dollara çatıb, daha sonra sahibi olduğu şirkətlərin səhmlərinin qiymətlərindəki dalğalanmalar səbəbindən 499,1 milyard dollara qədər azalıb. Xüsusilə, Tesla səhmləri 14 faiz bahalaşıb.
Mask şirkətin 12 faizinə sahibdir. Musk həmçinin Space X və xAI-da böyük paylara sahibdir və bu da ona böyük illik gəlir gətirir.


























