image-reklam-veteninfo
image-1459005backend

Maskın yaratdığı  departament fəaliyyətini dayandırıb – Reuters

image-reklam-veteninfo

İlon Mask tərəfindən təsis olunan ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) səlahiyyət müddətinin başa çatmasına səkkiz ay qalmış fəaliyyətini dayandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Kadrların İdarə Olunması İdarəsinin (OPM) direktoru Skott Kupor Reuters agentliyinə açıqlama verib.

Kupor bildirib ki, departament artıq mövcud deyil və DOGE-nin “mərkəzləşdirilmiş qurum” kimi fəaliyyəti tamamilə dayanıb. Onun sözlərinə görə, OPM ləğv edilmiş agentliyin bir çox funksiyalarını öz üzərinə götürüb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp inauqurasiyasından dərhal sonra hökumətin ölçüsünü kiçiltmək və bürokratik prosesləri azaltmaq üçün bir sıra islahatlar elan etmişdi. Bu çərçivədə İlon Maska Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edərək onun işinə nəzarət etmək tapşırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki