Vətəninfo.az xəbər verir ki, ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo “X” hesabında yazır: “İslam Respublikası ABŞ-nin açıq düşmənidir. Bizim nüvə obyektlərinə endirdiyimiz zərbələr bu şər rejimi ciddi şəkildə zəiflətdi. Lakin onların bizə zərər vurmaq istəyi hələ də qalır. Ona görə də davamlı çəkindirmə həyati əhəmiyyət daşıyır.”
Bu bəyanat, İranla Qərb arasında gərginliyin artdığı bir vaxtda səslənib. Pompeo əvvəllər də İran rejiminə qarşı maksimum təzyiq siyasətinin əsas tərəfdarlarından olub.