“Gələn aydan “Şuşa talks” layihəsinə start veriləcək. Yaradıcı insanlardan bu məsələdə məsləhətlər istəyəcəyik”
Veteninfo.az-ın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
“Biz yaradıcı sənayelərə diqqət göstərməyə hazırıq. Qarşımızda işğaldan azad olunmuş ərazilərə yaradıcı sənayelərimizin qaytarılması kimi müqəddəs bir vəzifə də durur. “Böyük qayıdış” layihəsi təkcə orada abidələrin bərpası ilə məhdudlaşmır, ora həm də Azərbaycan ruhunun qaytarılmasıdır vacibdir. Bildiyiniz kimi cənab Prezident tərəfindən bu il “Şuşa ili” elan edilib. Biz istəyirik ki, yaradıcı insanlarımız bu işlərdə bizə yaxından kömək etsin”, – A.Kərimov qeyd edib.