image-1679644514_1backend

Medvedev: “Rusiya və ABŞ orduları arasında toqquşma dünyanın sonu ola bilər”

image-reklam_sirab_01

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Rusiya və Amerika ordularını müqayisə edərkən onlardan hansının daha güclü olduğunu müəyyənləşdirmək mümükün deyil. O qeyd edib ki, bu, ancaq döyüşdə məlum olacaq.

Vətəninfo.az xəbər verir ki, Medvedev bu sözləri “VKontakte” istifadəçilərinə müsahibəsində bildirib:

“Hansı ordunun birinci, hansının ikinci, hansının iyirmi birinci olduğunu anlamaq ancaq real qarşıdurma prosesində mümkündür. Bəs bu ordular döyüşə girsə, qalibi müəyyən etmək olacaqmı? Tamamilə aydındır ki, bu halda qalib olmayacaq”.

Dmitri Medvedevin fikrincə, Amerika və ya Rusiya Federasiyası üzərində nə qədər raketin vurulmasından asılı olmayaraq bəzi mərmi və başlıqlar hədəflərinə yetişəcəklər:

“Bunun da nəticəsi dəhşətli olacaq. Və burada hansı ordunun birinci, hansının ikinci olduğunu söyləmək mümkün olmayacaq. Çünki qalib olmayacaq. Əsas məsələ odur ki, döyüşən ordu güclüdür”.

O qeyd edib ki, Rusiya hazırda Ukrayna ilə deyil, NATO ordularının 3 milyon 600 minlik heyəti ilə müharibə aparır:

“Onlar, əlbəttə ki, hibrid formatda iştirak edirlər, lakin iştirak edirlər və əslində, artıq bunu gizlətmirlər. Həm də bu ölkələr 800 milyon əhalisi ilə birlikdə Kiyev rejimini texnika, silah və pulla təmin edirlər”.

Xatırladaq ki, Global Firepower (GFP) hərbi güc portalının son reytinqinə əsasən, hazırda ABŞ ordusunun gücünə görə birinci yerdədir. Rusiya ikincidir. Ukrayna Silahlı Qüvvələri isə 15-ci yeri tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki