Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Veteninfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.