Rusiya dövlət agentliyi RİA Novosti-nin hərbi müxbiri İvan Zuev Ukraynanın Zaporojye vilayətində jurnalist tapşırığını yerinə yetirərkən həlak olub. Vətəninfo.az xəbər verir ki, məlumatı agentliyin özü yayıb.
Bildirilib ki, Zuev Ukraynaya məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində həyatını itirib. Hücum zamanı onunla birlikdə olan hərbi zabit Yuri Voitkeviç isə ağır yaralanıb və hazırda müalicə olunur.
İvan Zuev bir neçə ildir RİA Novosti-də çalışırdı və fəaliyyəti dövründə peşəkarlığına görə bir sıra idarə və dövlət mükafatlarına layiq görülmüşdü. 2025-ci ilin mart ayında Rusiya prezidenti tərəfindən təşəkkür məktubu ilə təltif edilmişdi.
Yaralanan zabit Yuri Voitkeviç də RİA Novosti ilə uzun illər əməkdaşlıq etmiş, müxtəlif qaynar nöqtələrdə baş verən silahlı münaqişələri işıqlandırmışdır. O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.