Vətəninfo.az xəbər verir ki, bir neçə gün öncə ATƏT-in “bioloji ölüm” keçirmiş Minsk Qrupunun fransalı həmsədri Bris Rokeylin ardından indi də ATƏT-in “bioloji ölüm” keçirmiş Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferi İrəvanda görünüb. Erməni mediasının xəbərinə görə İrəvanda Endryu Şoferi Ermənistan XİN rəhbəri Ararat Mirzəyanla görüşüb.
Onun Baş nazir Nikol Paşinyan. Ermənistan prezident və parlamentin spikeri ilə də görüşü gözlənilir.Görünür Rusiya XİN rəhbəri Lavrov tərəfindən “bioloji ölüm” keçirdiyi bəyan edilən Minsk qrupunun amerkalı və fransalı həmsədrləri belə bir formatın artıq öldüyünə inanmaq istəmirlər.Bu üzdənidr ki, ay ərzində hər iki həmsədr özlərini göstərməyə səy göstərirlər.
Milli Məclisin üzvü Məşhur Məmmədov fransalı həmsədr Bris Rokeylin ardınca amerikalı həmsədr Endryu Şoferi İrəvanda görünməsin şərh edən zaman bildirb ki, 44 günlük müharibənin ardından Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərin onların xahişi ilə qəbul edən zaman vurğulamışdı ki, , Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir: “Cənab prezident bəyan etmişdir ki,hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.indi münaqiənin həll olunduğu,Azərbaycanın özünün ərazi bütövlüyünü bərpa etməsi,regionda 30 ilə yaxındır qapalı vəziyyətdə qalan komunikasiya xətlərinin bərpası istiqamətində addımlar atıldığı,Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində səylərin mövcud olduğu bir zamanda bu iki ölkənin yenidən özlərini göstərmələri sadəcə olaraq görüntüdən başqa bir şey deyil.Ona görə də istər fransalı həmsədr olsun,istərsə də amerikalı həmsədr istədəikləri qədər İrəvana gedib-gələ bilərlər.Əsas məsələ Ermənistan üzərində əzici Zəfər əldə edən Azərbaycanın mövqeidir”. Məşhur Məmmədov vurğulayıb ki, amerikalı həmsədrin İrəvana səfərinə yəqin ki, rəsmi Bakı XİN müstəvisində cavabı olacaq.



























