image-reklam-veteninfo
image-1backend

Məşhur model qətlə yetirildi

image-reklam-veteninfo

İtaliyada 29 yaşlı model və sahibkar Pamela Cenini sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə Milan şəhərində, modelin yaşadığı Qorla məhəlləsindəki mənzilində baş verib.

Vətəninfo.az xəbər verir ki, İtaliya mediasının – o cümlədən Il Giorno qəzetinin – məlumatına görə, Pamela Cenini keçmiş sevgilisi, 52 yaşlı Canluka Sonçini ilə münasibətlərini bitirmək istədikdən sonra mübahisə zamanı bıçaqlanıb. Şahidlərin sözlərinə görə, Sonçini qadına ən azı 20 bıçaq zərbəsi endirib.

Hadisə çərşənbə axşamı axşam saatlarında baş verib. Qonşular qadının kömək üçün qışqırıqlarını eşidiblər və dərhal polisə xəbər veriblər. Təcili tibbi yardım hadisə yerinə çatsada, modelin həyatını xilas etmək mümkün olmayıb.

Cinayətdən sonra Soncini intihara cəhd edib – polis onu boğazı kəsilmiş vəziyyətdə tapıb. O, hazırda Niquarda xəstəxanasında ağır vəziyyətdədir.

Pamela Cenini Milanın moda çevrələrində tanınmış sima idi. O, bir sıra moda kampaniyalarında və Venesiya Kino Festivalının qırmızı xalçasında çıxış edib, həmçinin Instagram səhifəsində səyahətləri və çəkilişlərindən görüntülər paylaşırdı.

O, 19 yaşında “Adəmlə Həvvanın adası” adlı reallıq şousunda iştirak etməklə məşhurlaşıb. Daha sonra öz “SheLux” adlı bədən geyimləri markasını yaradıb və lüks daşınmaz əmlak agentliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Qonşuların bildirdiyinə görə, cütlük arasında münasibətlər son aylarda gərgin olub. Polis daha əvvəl də onların mübahisələri ilə bağlı mənzilə çağırılıb. Şahidlərdən biri yerli Virgilio portalına açıqlamasında bildirib:

“O, mənim domofonuma zəng edib kömək istədi, amma içəri buraxmadım və polisə zəng etdim. Bir neçə həftə sonra onları yenidən birlikdə gördük.”

İtaliya mediasının məlumatına görə, faciədən qısa müddət əvvəl Pamela keçmiş sevgilisinə zəng edərək Soncini ilə ayrıldığını bildirib. Elə həmin keçmiş sevgili də baş verənləri eşidib və polisə xəbər verən şəxs olub.

Hazırda hadisə ilə bağlı istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki