image-reklam-veteninfo
image-111backend

Məşhur şirkət  rusiyalı dizayner və aktyora qarşı təzminat tələbi ilə məhkəməyə müraciət etdi

image-reklam-veteninfo

Fransanın məişət texnikası və qab-qacaq istehsalçısı olan Tefal şirkəti rusiyalı dizayner Artemi Lebedev və aktyor Vyaçeslav Manuçarova qarşı Moskva Arbitraj Məhkəməsinə 4 milyon rubl məbləğində iddia qaldırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə RIA Novosti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tefal hər iki şəxsdən 2 milyon rubl təzminat tələb edir. Şirkətin iddiasında göstərilir ki, Lebedev və Manuçarov Tefal brendinə məxsus Rusiya və beynəlxalq ticarət nişanlarından icazəsiz istifadə ediblər. Bundan əlavə, şirkət onların hərəkətlərinin Tefal-ın işgüzar nüfuzuna xələl gətirdiyini bildirərək bu səbəbdən əlavə təzminat tələb edir.

Məhkəmə materiallarında üçüncü tərəf kimi Sankt-Peterburqda yerləşən “Neva Metall Posuda” ASC də qeyd olunur. Bu şirkət korroziyaya davamlı poladdan hazırlanmış qazanlar, tavalar və digər məişət qabları istehsal edir.

Kontekstdə başqa iddialar da gündəmdədir

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın Volkswagen AG konserninin borcunu 16,9 milyard rubla almış Rusiyanın Kameya şirkəti də konsernin Rusiyadakı fəaliyyəti ilə bağlı məhkəməyə iflas ərizəsi təqdim etmək niyyətini açıqlamışdı.

Bundan əvvəl isə Nijni Novqorod vilayət məhkəməsi, Volkswagen və Skoda avtomobillərinin Rusiyada yığılması ilə bağlı müqavilənin pozulması səbəbilə konserndən təqribən 17 milyard rubl məbləğində təzminatın ödənilməsi barədə qərar çıxarmışdı.

Hazırda Kameya ASC konserndən 16,9 milyard rubl zərər və itirilmiş gəlir, 40 min avro, həmçinin 119 min rubl məhkəmə xərci tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki