Rusiyada “Spravedlivaya Rossiya” partiyasının sədri Sergey Mironov ölkəsi üçün yeni təhlükə tapıb: Azərbaycan bayrağı NATO-dan çox Rusiyanı qorxudur
Partiya lideri bildirib ki, onun fraksiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.
Siyasətçinin sözlərinə görə, bu gün Hər kəs, istənilən yerdə istənilən dövlətin bayrağını və ya gerbini asa bilər – istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan. Onun fikrincə, bundan “Rusiya ilə birlik hissini hiss etməyən” diasporlar istifadə edir ki, bu da “millətlərarası nifaqın qızışdırılmasına” töhfə verə bilər.