image-reklam-veteninfo
image-1backend

MİT PKK-ya qarşı əməliyyat keçirtdi – Girovluqda olan əməkdaşı azad edildi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), PKK-nın əlində əsir düşən iki əməkdaşını həyata keçirdiyi xüsusi və gizli əməliyyatla Türkiyəyə gətirməyi bacarıb. Əməkdaşlardan biri sağ olaraq vətənə qayıdıb, digəri isə şəhid olmuş vəziyyətdə geri gətirilib. Şəhid olan şəxsin cənazəsi DNA testi ilə tanınıb və Cəbəci Hərbi Şəhidliyi’ne dəfn edilib. Ailə üzvləri prosesdən sonra məlumatlandırılıb.

Hürriyyət qəzeti yazarı Abdulkadir Selvinin məlumatına görə, şəhid olan MİT əməkdaşı A.G.-nin cənazəsi Türkiyəyə gətirildikdən sonra DNA testi ilə kimliyi dəqiqləşdirilib. Ailənin istəyi ilə cənazə Cəbəci Hərbi Şəhidliyi’ne dəfn edilib. Dəfn mərasimində şəhidin ailəsi və MİT əməkdaşları iştirak ediblər. Ailə, əməliyyat boyu heç vaxt tək buraxılmadığı bildirilib.

Qurtarılan digər MİT əməkdaşı isə uzun illər sonra ailəsi ilə bir araya gəlib. Hazırda həmin şəxs ailəsi ilə birlikdədir. Həyata keçirilən bu əməliyyat, “Terrorizmsiz Türkiyə” hədəfi istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.

MİT-in həyata keçirdiyi əməliyyatın ən diqqətçəkən tərəfi isə onun tamamilə gizli şəkildə həyata keçirilməsidir. Ailələr yalnız, MİT əməkdaşları vətənə qayıtdıqdan sonra baş verənlərdən xəbərdar edilib. Əməliyyat zamanı heç kimin fiziki zərər görmədiyi, prosesin uğurla və səssizcə başa çatdığı bildirilir. Bu əməliyyat, Türkiyənin kəşfiyyat qabiliyyətini və terrorizmə qarşı mübarizədəki möhkəm iradəsini bir daha dünyaya göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki