Moldova Parlamenti, Moldova və Rusiya hökumətləri arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ləğv edilməsinə səs verib. Vətəninfo.az xəbər verir ki, bu qərar, əvvəlcə Moldovanın Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi.
Moldovanın Baş naziri Aleksandru Muntyanu, noyabrın 5-də verdiyi bəyanatda, Rusiya Elm və Mədəniyyət Mərkəzinin bağlanması məqsədilə sazişin denonsasiyasının təsdiqləndiyini bildirmişdi.
Parlamentin spikeri İqor Qrosu, səsvermədən sonra etdiyi açıqlamada, 60 deputatın bu sazişin ləğv edilməsinə lehinə səs verdiyini açıqlayıb.
Bu addım, Moldova-Rusiya əlaqələrindəki gərginliyi bir qədər artıran bir qərar kimi dəyərləndirilir.


























