image-111backend

Moldovada parlament dövlət dilinin adının rumın dilinə dəyişdirilməsini təsdiqləyib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, cümə axşamı keçirilən iclasda Moldova parlamenti dövlət dilinin adının moldova dilindən rumın dilinə dəyişdirilməsinə imkan verən qanunvericiliyə düzəlişləri ikinci oxunuşda təsdiqləyib, – deyə spiker İqor Qrosu bildirib.

“Qanun layihəsi ikinci oxunuşda 58 deputatın səsi ilə təsdiq edilib. Təbrik edirəm!”, – spiker İqor Qrosu görüş zamanı bildirib.

Yeni layihəyə əsasən, istənilən qrammatik formada “moldova dili” sözləri “rumın dili” ifadəsi ilə əvəz olunur. Bundan əlavə, Moldovanın dövlət dili nəzərdə tutulursa, “dövlət dili”, “rəsmi dil” və “ana dil” sözləri “rumın dili” ifadəsi ilə əvəz edilir.

Hakim partiyanın deputatları bu qərarı alqışlarla qarşılayıblar. Eyni zamanda, Rusiyayönlü müxalifət hakim çoxluğun qərarına Konstitusiya Məhkəməsində etiraz etmək niyyətindədir.

Yada salaq ki, Moldova Respublikasının bütün qanunvericiliyində, o cümlədən Moldova Respublikasının Konstitusiyasında “Moldova dili” sintaqmının “rumın dili” ilə əvəz edilməsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sənədi 56 deputat dəstəkləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki