image-reklam-veteninfo
image-1backend

“Moskva danışıqlara hazırdır”- Kreml

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara hazırdır.
“Moskva danışıqları davam etdirməyə açıqdır”, – Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesindəki fasiləyə Kiyev səbəb olub.
Pauza əslində Kiyev rejiminin bu dialoqu davam etdirmək istəyinin olmaması səbəbindən yaranıb”, – Peskov bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı heç bir xəbər yoxdur.

Peskov həmçinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının lazım gələrsə, tez bir zamanda təşkil oluna biləcəyini açıqlayıb.

Lakin onun sözlərinə görə, Rusiya və ABŞ prezidentlərinin görüşündən əvvəl görülməli olan işlər hələ görülməyib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna gec-tez Rusiya ilə danışıqlara getməyə məcbur olacaq, lakin daha pis vəziyyətdədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki