Moskvanın bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” şirkətinin Moskva–İrəvan reysi təxirə salınıb. Vətəninfo.az xəbər verir ki, bu məlumat İrəvandakı Zvartnots hava limanının onlayn uçuş cədvəlində əks olunub.
Cədvələ əsasən, təyyarə dekabrın 11-i İrəvan vaxtı ilə saat 10:00 radələrində Moskvadan havaya qalxmalı idi.
Rosaviatsiyanın məlumatına görə, Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Qadağaların dron hücumları təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilir.
Eyni səbəbdən Yekaterinburq–İrəvan reysi də təxirə salınıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinin Moskva hava məkanının bağlanması səbəbindən Rusiyanın paytaxtına enə bilmədiyi barədə məlumat yayılmışdı.


























