image-reklam-veteninfo
image-1backend

Moskva və Kiyev əsirləri dəyişdirəcək- Rustem Umerov

image-reklam-veteninfo

Yaxın zamanlarda Rusiya və Ukrayna arasında məhbusların növbəti mübadiləsi ilə bağlı texniki məsləhətləşmələrə başlanacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov öz Telegram kanalında məlumat verib. Umerov qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin tapşırığı ilə o, Türkiyə və Birləşmiş Əmirliklərin vasitəçiliyi ilə hərbi əsirlər və məhbusların qaytarılması məsələsi ilə bağlı müzakirələr aparıb. Bu danışıqların nəticəsi olaraq tərəflər İstanbul razılaşmalarını aktivləşdirməyə razılaşıblar.

Rustem Umerov eyni zamanda bildirib ki, Ukrayna tərəfi qarşıdan gələn Yeni il və Milad bayramlarına qədər 1200 hərbçinin geri qaytarılmasını planlaşdırır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki