Naxçıvanda əvvəllər dövlət orqanlarına məxsus olan binalar satışa çıxarılıb. Bu barədə Vətəninfo.az-a məlumat daxil olub.
Məlumata görə, əvvəllər nazirliklərin rayon şöbələri üçün tikilmiş binalar sonradan regional mərkəzlərə çevrildikdən sonra bu binalar boş qalıb. Həmin binalar dövlət vəsaiti ilə inşa olunub və bir müddət nazirliklərin balansında olub.
Daha sonra Maliyyə, Təhsil, Vergi və digər dövlət orqanlarının regional idarəçiliyə keçməsi nəticəsində bu binalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına verilib.
Hazırda bu binalar məhz Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılıb.


























