Türkiyə Nazirlər Kabineti bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq. Vətəninfo.az xəbər verir ki, iclasın əsas gündəmini “Terrorsuz Türkiyə” prosesi təşkil edəcək və bu istiqamətdə görülən işlər, əldə olunan irəliləyişlər müzakirə olunacaq. Toplantıda həmçinin Suriyadakı SDQ ilə bağlı vəziyyət də dəyərləndiriləcək.
Nazirlər Kabinetinin gündəmində iqtisadi məsələlər də yer alır. 2026-cı il büdcəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Komissiya iclaslarında əldə edilən nəticələr və ümumi iqtisadi göstəricilərin yaxşılaşdırılması istiqamətində atılan addımlar nəzərdən keçiriləcək.
İclasda eyni zamanda Rusiya və Ukrayna arasında sülh səyləri, eləcə də xarici siyasət sahəsindəki regional və qlobal inkişaflar müzakirə ediləcək. Qəzzada davam edən humanitar böhran və Türkiyənin bu istiqamətdə apardığı diplomatik təşəbbüslər də qiymətləndiriləcək.

























