image-63fc96eee1e55backend

Nigeriya ordusu Boko Haramın girov götürdüyü 201 nəfəri azad edib

image-reklam_sirab_01

Nigeriya ordusu Borno və Kaduna əyalətlərində Boko Haram və ISWAP terror təşkilatları tərəfindən girov götürülən 201 nəfəri həyata keçirdiyi əməliyyat nəticəsində xilas edib.

Nigeriya Müdafiə Nazirliyinin media əməliyyatları üzrə direktoru Musa Danmadami bildirib ki, ordu son iki həftədə Borno və Kaduna əyalətlərində terror təşkilatlarına qarşı əməliyyatlar keçirib.

Danmadami əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 201 nəfərin xilas edildiyini, bu şəxslərin bölgədəki  xəstəxanalara yerləşdirildiyini və  müalicə edildiyini bildirib.

Əməliyyatlarda 27 terrorçunun zərərsizləşdirildiyini qeyd edən Danmadami təşkilata maddi-texniki dəstək verən 18 nəfərin saxlanıldığını və terrorçulara məxsus mühüm sursatların ələ keçirildiyini qeyd edib.

Danmadami əməliyyatlar zamanı 1506 terrorçunun ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib.

Nigeriyada 2000-ci illərin əvvəlindən etibarən mövcudluğunu davam etdirən Boko Haram təşkilatının 2009-cu ildən bəri törətdiyi terror hücumları nəticəsində 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsində törətdiyi  hücumlar nəticəsində azı 2000 adam həyatını itirib.

Terror aktları və qarşıdurmalar səbəbindən ölkədə yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki