image-1backend

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

image-reklam_sirab_01

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sistemli ordu qurulucuğunun təməli formalaşdırlmağa başlanıldı. Vətəndaş qarşıdurmalarından xilas olmuş ölkənin əsas prioriteti məhz ordunun möhkəmləndirilməsi probleminin həlli ilə bağlı idi. Ordu quruculuğunun  təmin edilməsi bu dövrdə mühüm hadisə idi. Öz ordusunun hazırlıq səviyyəsinə görə, dünyada qabaqcıl dövlətlərdən hesab olunan, NATO-nun tam üzvü olan Türkiyə ilə geniş hərbi əməkdaşlığa başlandı. Bu hərbi əməkdaşlıq özünü hərbi təhsil sahəsində daha qabarıq göstərdi.Mərkəzləşmiş ordu quruculuğu mərhələsi həmdə ixtisaslı cavuş, zabit heyətinin hazırlığını tələb edirdi. Bu dövrdə xeyli sayda zabit heyətinin qardaş Türkiyədə təcrübə keçməsi yeni hərbi strateji maraqları artırmaqla yanaşı NATO standartlarının  da hərbi heyətimizdə tətbiqini sürətləndirdi. Ölkənin siyasi sisteminin sabitliyi və suverenlyin möhkəmlənməsi prosesi birbaşa ordu-xalq birliyi ideyasının  möhkəmlənməsini tələb edirdi.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildi. Və bu düzgün və uğurlu siyasətin nəticəsində  27 sentyabr  2020-ci il  Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması  üçün  Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu.  Vətən Müharibəsi zamanı  düşməni  ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan çıxaran Müzəffər Ordumuz 30 il işğal altında qalan,erməni vandalları tərəfindən darmadağın edilən rayon və kəndlərimizi şəhidlər verərək, qan tökərək qarış –qarış geri aldı.

8 noyabr 2020 ci ildə Şuşanın işğalçılardan azad edilməsi düşməni  çıxılmaz vəziyyətdə qoydu.  Rusiya, Azərbaycan, Ermənistanın iştirakı ilə  10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat  imzalandı. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bu  Bəyanat uzun illər davam edən işğala son qoydu.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Zəfər paradında söylədiyi bu fikirlər bu günün Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli və əvəzolunmaz bir gün olduğunu bir daha təsdiq edir.

Növbəti Zəfər paradı sevincinı isə üç il sonra – 2023-cü il noyabrın 8-də yaşadıq. Həmin gün işğaldan tam azad edilmiş Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəmətli hərbi parad keçirildi. bu parad Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən nəinki təslim oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə,  tarixi ədalət bərpa edildi.

 

 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına

Tarix Institutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki