Bəşəriyyətin varlığı üçün təbii sərvətlər önəmlidir. Hər bir ölkənin yeraltı və yerüstü sərvətləri olduğu kimi bizim ölkəmizin də özünə məxsus təbii sərvətləri vardır. Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini özünə cəlb etmişdir. Məhz digər dövlətlərdə belə zəngin torpaqları olan Azərbaycan torpağına göz qoymuşdur. Bu səbəbdən də tarixən ölkəmizin ərazilərində böyük savaşlar olmuşdur. Ölkəmiz müxtəlif növ təbii ehtiyatlarla zəngin olsada , hazırda ən mühümü neft -qaz ehtiyatları hesab edilir . Təbii sərvətlərimiz dən olan neft və qaz Respublikamıza dünya şöhrəti qazanmışdır.
Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur.
Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycan öz neftini xarici bazara çıxarmışdır eləcədə bu müqavilə nəticəsində Azərbaycan etibarlı neft təchizatçısı kimi tanınmışdır.
Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir.
Bəzi Avropa ölkələri artıq Azərbaycan qazı ilə də maraqlanırlar.
Trans Adriatik Boru xətti- Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizdən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru proyektidir.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. Kubmetirin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP –(Trans Anadolu ) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya , Adriatik dənizindən keçməklə İtalyanın cənubuna qədər uzanacaq.
Bu layihə ilə Azərbaycan daha bir uğura imza atacaq Azərbaycan qazı Avropa bazarına çıxarılacaq.
Nəsimi rayon gənci – Əliyeva Rəfiqəxanım .