Vətəninfo.az Milli Qəhrəmanın tərcümeyi-halını təqim edir:
Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.
1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.
Vaqif Qurbanov ilk döyüş tapşırığına Şəkidən qalxır: 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayır. Qurbanov çox aşağı məsafədən uçduğundan təyyarədən atılan mərminin qəlpəsi təyyarənin mühərrikini zədələyir. Yeni mühərrik Surət Hüseynovun vasitəçiliyi ilə Gürcüstanın Vaziani hərbi zavodundan alınır. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürüldü, 120 nəfər yaralandı. Ermənilərin iddialarına görə isə ölənlərin hamısı mülki şəxslər olublar.
9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən Yerevana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etdi. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edildi və təyyarə tamamilə yanmışdır. 12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Şaumyan istiqamətində düşmənin müdafiə xəttini yarır və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilir.
Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib. Nəticədə qarşı tərəf ağır itkilər verib.
13 iyun 1992-ci ildə Vaqif Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirir. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi saat 4–5 radələrində erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik–Əsgəran yaxınlığında “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri “Fred Asif”in qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.
Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdi. “Su-25”-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunub.
2014-cü ildə Vaqif Qurbanovun döyüş yolu, xüsusilə də onunla birlikdə aviasiya alayında xidmət edən, təyyarənin texniki Məmmədovun və aviamexanik Quliyevin köməyi ilə Su-25 markalı hərbi təyyarəni qaçırmalarından bəhs edən Mən evə qayıdıram filmi çəkilib.yenisabah


























