Macarıstan hökumətinin başçısı Viktor Orban bu gün Moskva səfərinə gedəcəyini və orada Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna məsələsini müzakirə edəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Macarıstan baş nazirinin sözlərinə görə, səfərin əsas mövzusu ölkəsinə enerji resurslarının tədarükü olacaq. Bununla yanaşı, Orban Ukraynadakı münaqişənin həlli məsələsinin müzakirədən kənarda qalmayacağını qeyd edib. “Bu məsələnin müzakirə edilməməsi çətin olacaq” – deyə Orban bildirib.
Öz növbəsində, Putin Orbanın səfəri ilə bağlı çıxışında, “Rusiyada hər zaman qonaqları, o cümlədən Avropadan gələnləri qarşılamağa şadıq” – deyə vurğulayıb.


























