Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar məlum olub.
Ötən il 663 uşağa Mədinə, 201-nə Sofiya, 98-nə Oğuz, 11-nə Milan, 40-na Afina, 18-nə Təbriz, 27-nə Riyad, 2-nə Qafqaz, 2-nə Tehran, 2-nə Ural, 3-nə Yəmən, daha 2-nə isə Roma adı verilib.
Bundan əlavə, Tovuz, Quba və Marsel adlarının da hər biri bir nəfərə qoyulub.
Ötən il həmçinin 274 uşağa Günəş adı verilib.
Təbiət hadisələrinə uyğun adlara gəlincə, 441 uşağa Yağmur, 140-na Rüzgar, 11-nə Bulud, 3-nə Tufan, 1-nə Dolunay, 4-nə isə Duman adı qoyulub.
Bundan əlavə, ötən il bir nəfərə Atatürk adı verilib. Vurğulayaq ki, bu ad son beş il ərzində cəmi bir nəfərə verilib.
Qeyd edək ki, 2024-cü ildə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə Zeynəb (1261) adı qoyulub.