Vətəninfo.az xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin məlumatına görə, episentri Qırğızıstanda yerləşən Özbəkistanın Əndican vilayətinin bir neçə rayonunda 3,6 bal gücündə zəlzələ baş verib.
“Zəlzələ iyulun 25-də yerli vaxtla saat 02:40-da qeydə alınıb. Zəlzələnin episentri Cəlal-Abadda (Qırğızıstan) yerləşib. Maqnitudası M=3,6. Dərinliyi 15 km. Episentrdə təkanların intensivliyi 3 bal olub”, – məlumatda deyilir. Qeyd olunur ki, zəlzələnin episentrindən cənub-şərq istiqamətində Daşkəndədək olan məsafə 284 km olub.
Mərkəzdən verilən məlumata görə, Özbəkistanın Paxtaabad, İzbaskan, Əndican və Cəlalquduk rayonlarında zəlzələlərin intensivliyi 2-3 bal olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.