image-reklam-veteninfo
image-1backend

Pakistan-İran sərhədində silahlı toqquşma: yaralananlar var, yük maşınları yandırılıb

image-reklam-veteninfo

Pakistan-İran sərhədində yerləşən Qəbd-Rimdan sərhəd-keçid məntəqəsi yaxınlığında silahlı insident baş verib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı, yük və yanacaq daşıyan avtomobillərin yandırıldığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, qarşıdurma sərhəd-keçid məntəqəsinin ticarət məqsədilə müvəqqəti açılmasından qısa müddət sonra baş verib. Naməlum silahlılar Pakistan ərazisində, sərhəd yaxınlığındakı ticarət bazarının ətrafında hücum həyata keçiriblər.

Bundan sonra silahlılarla Pakistan sərhədçiləri arasında atışma başlayıb. Qarşıdurma zamanı minaatanlardan da istifadə olunduğu bildirilir.

Hadisə nəticəsində ərazidə gözləyən bir neçə yük və yanacaqdaşıyan avtomobil yandırılıb. Sürücülər də daxil olmaqla bir neçə nəfərin güllə yarası aldığı qeyd olunur.

Hələlik insident zamanı ölən və yaralananların dəqiq sayı, eləcə də hücumu həyata keçirən şəxslərin kimliyi barədə rəsmi məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki