Vətəninfo.az “Fararu” saytına istinadən xəbər verir ki, dünən Pakistanın daxili işlər naziri Seyid Mohsen Nəqəvi ölkənin Baş naziri və Ordunun Birləşmiş Qərargah rəisinin xüsusi məktubunu İranın ali rəhbəri Əli Xameneiyə çatdırmaq üçün Tehrana səfər edib.
Səfər çərçivəsində Pakistanın daxili işlər naziri İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb. Görüşdə tərəflər regional məsələlərlə yanaşı, İranın nüvə proqramı ətrafında gedən danışıqları da müzakirə ediblər.
Vilayəti bildirib ki, İran uranın zənginləşdirilməsini dayandırmayacaq: “Biz İslam Respublikasının qırmızı xətlərini qoruyan danışıqlara qarşı deyilik. Ancaq zənginləşdirmənin dayandırılması bizim üçün qırmızı xətt sayılır. Əgər danışıqlar bu şərtlə aparılacaqsa, baş tutmayacaq”.